Mobil operatorlarının biznesi - insanların diqqətsizliyi AÇIQLAMA
"Azersell ve Baksell nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən sms gəlir ki siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq ücün xüsusi bir muraciət və s. etmirsən". Bu sözləri SİA – ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, zəng vurursan mobil operatora deyir ki bu bizim xidmət deyil filan nömrə ilə əlaqə saxlayın, bu onların xidmətidir: "Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən basqa kimdənsə ala bilməz. Nə isə zəng vurursan deyilən nömrəyə, bir nəfər ya xanım, ya bəy cavab verir ki, siz internetde filan saytlara girdikdə bizim xidmətə qoşulmuş sayılırsınız. Və beləcə, hətta xidməti ləğv etmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı, gözəlim məmləkətimizdə kim- kimi harada tutdu çəkinmədən soyur. Yəni bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir. Bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəşətli rüsvayçı bir durumdu. Stop yazıb durdurmağa 2 AZN pul çıxılır.
Mobil operatorlar deyir ki, bizlik heç nə yoxdu bu şirkətlər Rabitə Nazirliyinin verdiyi lisenziyalar əsasında işləyirlər. Məsələ 59 qəpikdə deyil, 100 minlər bu smslərlə oğurlanılaraq qazanılır. Təsəvvür edin ki, bu kimi fəaliyyət gostərən şirkətlər az deyil. Ən sadə yolu etibar qazanmış səhifələrin xəbərlərini oxumaqdı. Vətəndaşı ən mədəni formada belə soyurlar. Yoxsa yapışmısınız ki, kassadakı qız 5 qəpiyimizi qaytarmadı, qaz belə, işıq belə, benzin belə.
Hələ bir nəfərə zəng vuranda onun şəbəkəyə qayıtması üçün bir neçə dəfə zəngi təkrarlayırsan, o zaman hələ hansı hesablar boynuna yüklənir, heç xəbərin də olmur. Şöhrətpərəst insanlarıq, lazım oldu-olmadı hərəmizdə də ən azı bir telefon, iki-üç nömrə, sonra da deyirik ki, xərcimiz çoxdur. Günün bəlkə də ən böyük xərci telefonla boşuna danışmaqdan qaynaqlanır. Ona görə də mobil operatorlar bu yaralı yerimizdən ürək genişliyi ilə istifadə edərək sms vurub qazan doldururlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB