Texniki bitkilərin istehsalının artırılmasında dövlət dəstəyi əsas amildir
"Tütün, barama və fındıq istehsalının artırılmasının diqqət mərkəzində saxlanılması təsadüfi deyil". Bunu Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.
Millət vəkili bildirib ki, hər üç bitkinin böyük gəlir gətirmək potensialı var: "Nəzərə almaq lazımdır ki, bu məhsullara xarici bazarlarda böyük tələbat var. Amma buna baxmayaraq bu məhsulların ölkəmizdə istehsalı mövcud potensialdan çox aşağıdır. Məhz belə bir məqamda Dövlət başçısının şəxsən öz təşəbbüsü ilə həyata keçirilən addımlar bu sahədə canlanma yaradıb. Prezident İlham Əliyevin müşavirədə bildiridiyi kimi bu sahənin inkişafı üçün xüsusi dövlət proqramının qəbul edilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, habelə əlavə təşviqedici addımların atılması bu sahənin sıçrayışlı inkişafına gətirib çıxaracaq. Dövlətin böyük dəstək göstərməsinin əsas səbəblərindən biri də, bu səhənin əmək tutumlu olmasıdır. Belə ki, nə qədər çox sahibkarın buna maraq göstərməsi bir o qədər çox yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən bu məhsullar istər daxili bazarda, istərsə də xarici bazarda kifayət qədər yüksək qiymətə satılır. Elə buna görə də sahibkarların bu sahəyə daha böyük marağı olacaq. Üstəlik dövlət sahibkarlara öz məhsullarını xarici bazara çıxarmaq üçün də bütün zəruri dəstəyi göstərir. Bu baxımdan ardıcıl addımlar atılır. Dövlət başçısı həmçinin əlava emal və istehsal müəssisələrinin yaradılması üçün də göstəriş verib. və bu istiqamətdə də dövlətin lazımi dəstəyi göstərəcəyini bildirib. Prezidentin bölgəyə səfərinin ardından şimal qərb rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin aparılması üçün imzaladığı sərəncamlar da vurğulanmalıdır. Burada xüsusi ilə kənd yollarının yenidən qurulması iqtisadi inkişafın təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. İnfrastuktur nə qədər yaxşı olarsa özəl sektorun marağı həmin bölgəyə bir o qədər çox olur. Bu bir daha göstərir ki, dövlət tərəfindən bu məsələyə kompleks yanaşma var".
Deputat qeyd edib ki, məsələyə makroiqtisadi aspektdən yanaşsaq bu sahlərin inkişafı ölkənin ticarət dövriyyəsinə müsbət təsir edəcək: "Məsələn, tütünçülüyü götürək. Azərbaycanın siqaret tələbatının əksər hissəsi idxal hesabına ödənir və hər il buna görə xaricə təxminən 150 milyon dollar vəsait gedir. Biz bu sahənin inkişaf etdirməklə nəyinki bu vəsaitin xaricə getməsinin qarşısını alarıq, həm də ixrac potensialımızı artıraraq ölkəyə xeyli valyuta gətirə bilərik. Elə barama və fındıq ixracının özü də ölkəyə böyük miqdarda xarici valyuta axınını vəd edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB