"ABŞ Senatı prezident Trampa Konqres tətildə olduğu müddətdə kimisə vəzifəyə təyin etməyə qadağa qoyub". Bu sözləri SİA –ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, sözü gedən ölkənin qanunvericiliyində belə bir hal var ki, Konqres tətildə olduğu müddətdə oradakılar təsdiqləmədən belə prezident kimisə vəzifəyə təyin edə bilər: "Prezidentlər də namizədlikləri Konqresdən keçməyəcək adamları məhz bu vaxt təyin etməyə çalışırlar. Ancaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın təcrübəsində olduğu kimi bu təyinatlar bir illik müddətlə çərçivələnir. Senat isə Trampa bu haqqı da tanımaq istəmir.
Onda sual olunur, əgər bir prezident ki müstəqil xarici siyasət belə yeridə bilmirsə, Rusiyaya qarşı növbəti sanksyiya tətbiqində olduğu kimi Konqresin diqtəsiylə hərəkət edərək özünün əleyhinə çıxdığı qanunu təsdiqləmək zorunda qalırsa, onda hansı qarşılıqlı çəkindirici tənzimləmədən və hakimiyyət bölgüsündən söhbət gedə bilər?
Bir sözlə, bugünkü Amerika reallığı onu göstərir ki, xalq oradakı başçı nümayəndələrin məsləhət bildiyi adamı prezident seçməlidir. Başqasını seçdikdə o, prezident Trampın bu gün üzləşdiyi reallıqla üzləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB