Türk nazir: "ABŞ-dan Dünya Ticarət Təşkilatına şikayət etdik"
"ABŞ-dan Dünya Ticarət Təşkilatına şikayət etdik." Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçi deyib. O, ABŞ-ın Türkiyədən idxal edilən polada əlavə vergi mükəlləfiyyəti tətbiq edilməsinin qəbuledilməz olduğunu bildirilib: “Sözügedən qərarla bağlı göstərilən əsaslar yersizdir. Müttəfiqlər arasında belə hallar yaşanmamalıdır. Biz də lazımi tədbirlər gördük. Məsələni DTT-də müzakirəyə çıxardıq. Şikayətimizi etdik”.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən polada əlavə verginin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB