Neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,54 dollar və ya 1,19% azalaraq 44,98 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,57 dollar və ya 1,18% azalaraq 47,54 dollar olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə