Almaniya Bundestaqı düşmənçilik və zorakılığı təbliğ edən yazıları operativ şəkildə silməyən sosial şəbəkələrin böyük məbləğdə cərimələnməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Məlumata görə, “Facebook”, “Twitter” və digər sosial şəbəkələr zorakılığa çağıran, düşmənçilik yayan, eləcə də yalan olan informasiyaları 1 sutka ərzində silməsələr, 5 milyon avro dəyərində cərimə edilə bilərlər. Əgər qanun pozuntusu çox ciddidirsə, cərimənin məbləğinin 50 milyon avroya qədər artırılması mümkündür.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB