2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,71 mln. kubmetr “Şahdəniz-1” yatağından hasil olunan qaz ixrac edib.
Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Şurasının təqdim etdiyi statistikaya istinadən məlumat verir ki, qeyd edilən dövr ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi təbii qazın həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,8% azdır.
Cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmetr qaz ixrac edib. Aprel ayında Türkiyənin ümumi qaz idxalının 13,57%-i Azərbaycanın payına düşür. Belə ki, apreldə Türkiyə 4 mlrd. 250,26 mln. kubmetr (19,61% artım) qaz idxal edib.
2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib. Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz Qaz Boru Kəməri inşa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB