Avqustda Kulevi Neft Terminalı vasitəsilə 315 417 ton neft və neft məhsulu dünya bazarına göndərilib

Avqustda Kulevi Neft Terminalı vasitəsilə 315 417 ton neft və neft məhsulu dünya bazarına göndərilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi "Qara Dəniz Terminalı" Azərbaycan və Mərkəzi Asiyada istehsal olunan neftin və neft məhsullarının Gürcüstan ərazisindən Avropaya ixracını uğurla həyata keçirməkdə davam edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fəaliyyəti dövründə beynəlxalq standartlara ciddi riayət etməsi Terminala dünyanın digər iri neft şirkətlərinin də maraq göstərməsinə səbəb olub. Kulevi Neft Terminalı cari ilin avqust ayı ərzində 306 109 ton neft və neft məhsulları qəbul edib. Avqust ayında qəbul edilən dizel məhsulunun miqdarı iyul ayına nisbətən 1% çox olub. Ötən ay terminal vasitəsi ilə 315 417 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə