"Bakı-Tbilisi-Ceyhan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır."
Bu açıqlama ilə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili NATO PA-nın yaz sessiyasında çıxış edib. Baş nazir Gürcüstanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı məlumat verib. Bildirib ki, Gürcüstan hökuməti öz tərəfdaşları ilə bu və digər layihələrin daha da genişlənməsi istiqamətində mühüm işlər görür. G.Kvirikaşvili regionda həyata keçirilən digər regional layihələrin də əhəmiyyətini xüsusi qeyd edib. Vurğulayıb ki, bu layihələr Avropa ilə Asiya arasında siyasi, iqtisadi, ticarət, mədəni əlaqələrin genişlənməsində, eləcə də təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq.
Baş nazir deyib: "Gürcüstan öz tərəfdaşları ilə bu və digər layihələrin təhlükəsizliyini yüksək səviyyədə qoruyur və bundan sonra da qoruyacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB