"ABB-də əhalinin əmanətləri ilə bağlı problem yoxdur" RƏSMİ

"ABB-də əhalinin əmanətləri ilə bağlı problem yoxdur" RƏSMİ

Maliyyə nazirinin müavini Azər Bayramov millət vəkilləri tərəfindən Azərbaycan Beynəlxalq Bankı ilə bağlı qaldırılan məsələyə münasibət bildirib. SİA-nın xəbərinə görə, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən A. Bayramov bank rəhbərliyi ilə mütəmadi əlaqə saxladıqlarını bildirib.

Onun sözlərinə görə, vəsaitlərin geri götürülnməsi ilə bağlı məhdudiyyət yoxdur: "Bankın rəhbərliyi tərəfindən də izahatlar verilir. Əhalinin əmanətləri ilə bağlı heç bir problem yoxdur. Keçən il əmanətlərin sığortalanması məbləğinə tətbiq olunan məhdudidyyətlər də aradan qaldırılıb. Bütün əmanətlər sığortalanır, o cümlədən dövlət bankı olan ABB-də bəyənatlar da verilib ki, dondurulma sırf xarici kreditlərlə bağlıdır və bu məsələlərlə bağlı xarici investorlarla müzakirələr gedir. Əhalinin əmanətləri ilə əlaqədar proseslər öz qaydasında gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə