Avropa Komissiyası çağırış etdi: "Avroya keçin"

Avropa Komissiyası çağırış etdi: "Avroya keçin"

Avropa Komissiyası Avropa İttifaqına üzv olan bütün ölkələri 2025-ci ilədək vahid valyutaya – avroya keçməyə çağırıb. Avropa İttifaqının maliyyə məsələləri üzrə komissarı Pyer Moskoviç bildirib ki, heç bir ölkə vahid valyutaya keçidə məcbur edilməyəcək. Lakin ölkələrə cəlbedici çərçivə təkliflər təqdim olunacaq.

Aİ-yə üzv dövlətlərin vahid valyutaya keçmələri üçün konkret təkliflər mayın 31-də, İqtisadi və Gömrük İttifaqı ilə bağlı islahat paketi çərçivəsində təqdim ediləcək.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə