Nazir Yevlaxda sakinlərlə görüşəcək

Nazir Yevlaxda sakinlərlə görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov may ayının 26-da Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə