Donald Trumpın rəhbərliyində baş vermiş ola biləcək ən dərin böhran olan "Flynn araşdırması" Fed-in İyunda faiz artıracağı ehtimalının düşməsinə səbəb olur.
Qlobal bazarlar Fed-in gələn ay faiz artıracağına hazırda 64 faiz ehtimal verir. Bu nisbət ötən həftə 80 faiz səviyyəsində idi. Fed-in Sentyabr ayında faiz artıracağı ehtimalı da azalır.
4 trilyon dollar dəyərində xəzinə istiqrazları bazarı, ötən həftə FBI direktoru James Comeyin vəzifəsindən azad edilməsini və Donald Trumpın Rusiya diplomatlarına gizli məlumatları göstərməsini normal qarşılayıb. "Flynn araşdırması" haqqında ortaya çıxan son hadisə, 10 illik istiqrazın faizini 9 bənd aşağı salaraq 2.24%-ə endirib. Göstərici faizlərdə bu azalma, iki ayın ən kəskin azalması oldu və dünya miqyasında maliyyə bazarlarını sarsıtdı.
Qızıl da ABŞ Prezidenti Donald Trumpın ətrafını bürüyən xaosdan dəstək alır.
Qiymətli metal, ABŞ Prezidentinin vəzifəsindən azad etdiyi FBI direktoru James Comey-dən keçmiş Milli Təhlükəsizlik Müşaviri David Flynna qarşı istintaqı dayandırmasını istədiyi xəbəri yayıldıqdan sonra bahalaşır. Dollar, 1970-ci illərdə Riçard Niksonun (Richard Nixon) istefasına səbəb olan hadisələrə bənzədilən bu son hadisələrlə dəyər itirir. Avropa səhmləri də aşağı istiqamətdə hərəkət edib.
Analitiklər bildirirlər ki, Prezident Trump bəlkə də vəzifə dövrünün ən çətin vaxtını yaşayır. İnvestorlar, məclis araşdırması ehtimalını müzakirə edirlər, çünki bu vəziyyət etimadı zədələyə bilər.
Bakı vaxtı ilə saat 21:30-a olan məlumata görə, qızıl 1.8 faiz bahalaşaraq, unsiyası 1259 dollara qədər qalxıb. Dollar Avro qarşısında daha 0,6% ucuzlaşıb və Avro/Dollar məzənnəsi 1.1152 səviyyəsinə çıxıb.
Qızıl, Trumpın bir həftə əvvəl FBI direktoru James Comeyi vəzifəsindən azad etməsi və sonra Rusiya ilə çox gizli kəşfiyyat məlumatlarını bölüşdüyünə dair xəbərin çıxmasının ardından yüksəlir. Comeyin vəzifəsindən azad edilməsinə dair hadisələr, Trumpın "ədalətə mane olması" ilə ittiham olunması ilə nəticələnə bilər. Bu problemlər, ABŞ rəhbərliyinin diqqətini iqtisadi inkişafı dəstəkləməyə yönələn siyasətlərdən uzaqlaşdıracağı gözləntilərini gücləndirib və "Watergate" qalmaqalından dolayı vəzifəsindən azad olunma həddinə gələn Niksonun vəziyyəti ilə oxşarlıqlar qurulmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB