WannaCry virusu kompüterləri sıradan çıxarıb AÇIQLAMA

WannaCry virusu kompüterləri sıradan çıxarıb AÇIQLAMA

"Bir neçə gündür ki, WannaCry virusu dünyada yüz minlərlə kompüteri və informasiya sistemlərini sıradan çıxardıb". Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, Microsoft Windows əməliyyat sistemi altında fəaliyyət göstərən kompüterlərə yoluxan bu virus kompüterlərdəki bütün informasiyaları şifrələyir: "Virusun yaradıcıları informasiyaların deşifrə olunması və kompüterin normal vəziyyətə gətirilməsi üçün 300 $ - 600 $ tələb edirlər. Köhnə klassik qaydadır. Yalnız bir dəyişiklik var. Xakerlər bu dəfə ödənişin yeni kriptovalyuta olan Bitcoinlə olmasını tələb edirlər. Çünki bu formada ödənişin izini tapmaq olmayacaq. Düşünürəm ki, bundan sonra Bitcoinin populyarlığı xeyli artacaq. Bu yeniliyin bizim maliyyə-bank sistemimizin də diqqətini cəlb edəcəyini düşünürəm. Çünki virusa yoluxan kompüterlər olsa, dərman olaraq, məhz Bitcoin lazım olacaq. Bunun üçün də bunu qanuni olaraq tanımaq lazımdır. Hansı ki, əksər ölkələrdə bu proses artıq reallaşmaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə