Azərbaycan artıq mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzidir AÇIQLAMA
"Azərbaycan sülh, barış nümunəsi olduğunu dünyaya sübut edib və dünya da bunu belə qəbul edib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, dünyada fərqli mədəniyyətlər, dinlər və sivilizasiyalar arasındakı ziddiyətlər dərinləşməkdədir: "Məhz bunun nəticəsidir ki, müharibə bucaqları çoxalır, dini və irqi ayrı seçkilik, ikili yanaşmalar, antisemitizm halları günü-gündən artmaqdadır. Belə halların dünya üçün qlobal təhlükəyə çevrildiyi bir zamanda Azərbaycan bu cür problemlərin aradan qaldırılmasında öz töhfəsini verməkdədir. Cənab Prezdent İlham Əliyevin apardığı məqsədyönlü və əsaslı siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib.
Bu günlərdə paytaxtımızda Mədəniyyətlər və Sivilizasiyalar arası Dialoq IV Beynəlxalq Bakı Forumu keçiriləcək. Forumda dünyanın hər yerindən müxtəlif mədəniyyətlərin nümayəndələri, siyasətçilər, dövlət rəhbərləri və başqa qonaqlar iştirak edəcək. Forumda dünya üçün önəmli mövzularda diskusiyalar aparılacaq, fikir mübadiləsi keçiriləcək. Bu onu göstərir ki, ölkəmiz dünya üçün önəmli məkana çevrilib və yuxarıda qeyd etdiyim qlobal problemlərin müzakirə mərkəzi kimi tanınıb. Belə mövzuların müzakirəsi məqsədilə dünya siyasətçiləri Azərbaycana böyük inamla gəlir və bu da Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB