Vüqar Gülməmmədov: "Ötən il 8 istiqamət üzrə 825 nöqsana yol verilib”

Vüqar Gülməmmədov: "Ötən il 8 istiqamət üzrə 825 nöqsana yol verilib”

"Ötən il 8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib". SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında qurumun 2016-cı il üçün hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, hesabat ilində mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara daha çox yol verilib: " Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb".

G. Məmmədov qeyd edib ki, 2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayı 155 olub: "Hesabat ilində aparılmış audit ilə ümumilikdə 5606,5 mln. manat vəsait əhatə olunub ki, bunun 3019,6 mln. manatı və ya 53,9%-i dövlət büdcəsinin xərcləri, 277,3 mln. manatı və ya 4,9%-i büdcədənkənar fondların vəsaitləri, 2309,6 mln. manatı və ya 41,2%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə olub. Eyni zamanda, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbirləri 87,9 mln. ABŞ dolları məbləğində vəsaiti əhatə edib. Hesabat ilində nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 34,2% çox olub".

Bütün xəbərlər Facebook səhifəmizdə