Miqrasiya Məcəlləsinə dəyişiklik plenar iclasın gündəliyindən çıxarıldı
Milli Məclisin plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı məsələ gündəlikdən çıxarılıb. SİA-nın məlumatına görə, söhbət məcəlləyə əlavə ediləcək yeni 19-1 maddəsindən (miqrasiya kartı) gedir.
Layihəyə əsasən Azərbaycana gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barədə məlumatları özündə əks etdirən, onların ölkədə müvəqqəti olma müddətinə nəzarət etmək imkanı verən miqrasiya kartı tətbiq edilməlidir. Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər miqrasiya kartını doldurmalı və Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasport və ya digər sərhədkeçmə sənədi ilə birgə təqdim etməlidir.
Miqrasiya kartı iki hissədən ibarət olacaq. Belə ki, miqrasiya kartının şəxsin ölkəyə daxil olması barədə qeyd aparılmış hissəsi əcənəbidə, digər hissəsi isə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşında qalacaq. Əcnəbi ölkəni tərk edərkən miqrasiya kartının onda qalan hissəsini də məsul şəxsə təqdim etməlidir. Miqrasiya kartında əcnəbinin adı, soyadı, atasının adı, doğum yeri və tarixi, pasport məlumatları, cinsi, vətəndaşlığı, gəldiyi ölkə və oradakı yaşayış yeri, səfərin məqsədi, ölkədə qalma müddəti, qalacağı yerin ünvanı barədə məlumatlar olmalıdır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihənin gündəlikdən çxıarılma səbəbi tətbiq olunacaq maddənin opreativliyinin həyata keçirilməsi üçün mümkün zaman tələbidir. Növbəti iclaslarda layihə müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB