Səttar Mehbalıyev: "Yardımları bank hesabına köçürməkdə çətinlik çəkirik"
"Hər il Azərbaycan Həmkərlar İttifaqları Konfederasiyasına (AHİK) 400-500 min ərizə daxil olur ki, bunun da əksəriyyəti yardımla bağlıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında AHİK-in sədri Səttar Mehbaliyev deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun vəsaiti vergidən azad edilsə də, kiməsə yardım göstərmək üçün pulun mütləq bank hesabına köçürülməsi tələbi çətinlik yaradır: "Bu formada kiməsə yardım göstərməkdə çətinlik çəkirik. Əvvəl ərizə yazırdılar, pulu birbaşa onun ünvanına göndəririk. Amma indi o ərizəçiyə məktub yazmalıyam ki, mənə bank kartının nömrəsini göndərsin. Bu da vaxt aparır və düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB