"Ümid edirik ki, TANAP layihəsi vaxtından tez başa çatacaq". Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib. S.Düzyolun sözlərinə görə, hal-hazırda layihə üzrə işlər tam sürətlə davam edir. "Sıfır faza olaraq dəyərləndirdiyimiz Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan və BOTAŞ-a ilk qaz nəql edəcəyimiz hissədə işlərin 77%-i tamamlanıb. Ümumilikdə isə layihə üzrə işlərin 67%-i yekunlaşmaq üzrədir", - deyə S.Düzyol qeyd edib.
Baş direktor yay mövsümündə daha səylə çalışacaqlarına və daha çox stansiyaların tikintisinə diqqət ayıracaqlarını deyib: "2018-ci ilin iyuna ayının sonuna kimi ilk qaz nəqlini planlaşdırırıq. Layihə üzrə işlər təqvimə uyğun gedir. Maliyyəyə xeyli, ümumi büdcə üzrə 3,2 mlrd. dollar qənaət etmişik. Bu tip meqa layihələr 75-80% gecikmə və artıq xərclər ilə tamamlanır. Lakin TANAP-da həm büdcəyə qənaət olunur, həm də təxminimizə görə vaxtından əvvəl yekunlaşacaq. Düşünürəm ki, 16 apreldən sonra daha qətiyyətli bir şəkildə layihəni davam etdirəcəyik ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB