Bakı-Tbilisi-Qars-ın açılışı iyunda baş tutacaq

Bakı-Tbilisi-Qars-ın açılışı iyunda baş tutacaq

İyun ayının sonunda Türkiyə Prezidentinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olacaq. SİA "cnnturk.com" saytına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, bu xəttin açılışı ilə Avropa və Pekin arasında fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Hazırda yüklər 45-60 gün arasında daşınırsa yeni xəttin istifadəyə verilməsi ilə bu müddət 12-15 günə qədər azalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə