2016-cı ildə Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 4,1 milyon ton olub və 2015-ci illə müqayisədə 10,7 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ümumi istehlakın 30,5 faizini avtomobil benzini, 26,3 faizini dizel yanacağı, 21,4 faizini mazut yanacağı, 4,8 faizini neft-kimya sənayesində istifadə üçün benzin, 7,3 faizini aviasiya üçün və sair ağ neft, 4,2 faizini neft bitumu, 3,4 faizini maye qaz, 1,1 faizini sürtgü yağları, 1 faizini isə digər neft emalı məhsullarının istehlakı təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB