Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində 700 millimetr diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 11-də gün ərzində Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB