Mərkəzi Bankda depozit hərracı keçiriləcək

Mərkəzi Bankda depozit hərracı keçiriləcək

Fevralın 13-də Mərkəzi Bankda depozit hərracı keçiriləcək.

Bankdan SİA-ya verilən məlumata görə, dolayı hərracda 150 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulur.

Depozit hərracın müddəti 14 gündür. "Bloomberq" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə