İnşaat işləri ilə bağlı yenilik

Azərbaycanda inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqatlar aparılacaq. SİA-nın xəbərinə görə, bu Milli Məclisin plenar iclasında müzakirəyə çəxarəıan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən isə müvafiq orqanlara məlumat verildikdən sonra həmin qurumlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir. Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir. Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə