"2017-ci ilin Azərbaycan üçün ən optimist istiqaməti məhz neftin qiyməti ilə bağlıdır. Belə ki, ötən ilin noyabr ayında OPEC və qeyri OPEC ölkələri arasında imzalanan hasilatın azaldılması ilə bağlı saziş və neft ölkələrinin ondan sonrakı davranışları bu istiqamətdə müəyyən nəticələrin əldə olunacağın göstərir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
Bu dövr ərzində neftin qiymətində təxminən 12-15 faiz bahalaşma müşahidə olunduğunu deyən iqtisadçı söyləyib ki, neft 55 dollar səviyyəsində qərarlaşmağa cəhd edir: "Artıq bir neçə aydır ki, neftin bir barelə görə qiyməti 52-58 dollar arasında dəyişir. Neftin orta qiymətinə baxsaq görərik ki, adətən neft daha çox 55 dollarda qərarlaşır. Bu isə növbəti dövrlərdə qeyd olunan ölkələrin atacağı addımlardan asılı olaraq, neftin 55 dollarda möhkəmlənməsi ehtimalını daha da gücləndirir. Bu, Azərbaycan üçün mühümdür. 2017-ci il üçün hazırlanan proqnozlarımızda da neftin cari ili üçün qiymətinin 50 dolların üzərində olacağı öz əksini tapıb. Bir çox qlobal maliyyə institutları da təxminən bu qənaətdədir. Dünya Bankı da öz proqnozunda dəyişiklik edərək neftin qiymətini 52 dollara qədər artırdı. Ümumiyyətlə, hələlik bu istiqamətdəki problemlər tam aradan qaldırılmayıb. İnvestorlar tərəfindən hələ də OPEC ölkələrinə və imzalanan sazişə şübhələr var.
OPEC ölkələrinin qəbul etdiyi qərara tam əməl etmədiyi və ya hörmətsizlik etdiyi kimi davranışları da olub ki, bu da investorlarda narahatlıq yaradır. Hələ də fikir ayrılıqları var. OPEC-dən kənar ölkələrin neft hasilatını azaltması məsələsi daha real görünür. OPEC-ə daxil olan ölkələr hesab edirlər ki, növbəti dövrlər ərzində dünya bazarında neft təklifinin artmasının əsas səbəbkarı qeyri OPEC ölkələridir və bu baxımdan onlar neft hasilatının azaldılmasına çalışmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB