İran Türkiyəyə satdığı qazın qiymətini endirdi

İran Türkiyəyə satdığı qazın qiymətini endirdi

İran Türkiyəyə ixrac edilən təbii qazın qiymətinə 13,3 faiz güzəşt tətbiq edəcək. ISNA xəbər agentliyi bildirir ki, bu barədə İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin baş direktoru Həmid Rza İraqi deyib. O bildirib ki, bu barədə Beynəlxalq Mülki Məhkəmə qərar verib. Həmçinin məhkəmənin qərarına əsasən, İran Türkiyəyə təxminən 1,9 milyard dollar təzminat ödəyəcək.

Qeyd edək ki, 2012-ci ildə Türkiyə təbii qazın qiymətinin yüksək olduğu üçün İrana qarşı məhkəmədə qalib gəlmişdi. Beynəlxalq Mülki Məhkəmə İranın Türkiyəyə ixrac etdiyi təbii qaz qiymətinə 2011-ci ildən etibarən 10-15 faiz güzəşt etməsi və təzminat ödəməsi barədə qərar vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə