Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının yeni tərkibinə Mixail Eduardoviç Oseyevski rəhbərlik edəcək. O, bank VTB-nin idarə heyəti sədrinin müavini vəzifəsində çalışır.
Mixail Oseyevski 1960-cı ildə Leninqrad şəhərində anadan olub. Bank VTB-də 2012-ci ildən fəaliyyət göstərir. VTB24 və VTB (Gürcüstan) müşahidə şuralarının tərkibinə daxildir, eləcə də VTB (Qazaxıstan) və VTB (Belarus) banklarının direktorlar şurasının üzvüdür.
Bank VTB (Azərbaycan)-ın Müşahidə Şurasının (MŞ) sədrinin müavinləri vəzifəsinə Anna Şumeyko və Rəşad Rəsullu təyin edilib. Bankın MŞ tərkibinə həmçinin VTB(Azərbaycan)-ın səhmdarlarının nümayəndələri daxil olub: "AtaHolding" dən Müseyib Əliyev və Qorxmaz Ağayev, eləcə də VTB-dən Sergey Tsarev və Dmitriy Popov.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB