Azərbaycanla Çexiya arasında əməkdaşlıq istiqamətlərindən biri də əczaçılıq və tibbi avadanlıq istehsalı sahəsi ola bilər.
SİA-nın verdiyi məlumata görə, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclasında deyib.
Onun sözlərinə görə, artıq bu sahədə İran və Rusiya şirkətləri ilə birgə müəssisənin təməli qoyulub. Hazırda hər iki zavod Pirallahı Sənaye Parkında inşa olunur. Bu zavodlara vergi və gömrük güzəştləri daxil olmaqla 7 il müddətinə vergidən azadolma rejimi tətbiq olunub.
Çexiya tərəfindən də bu sahəyə maraq göstərilərsə, Azərbaycan tərəfi eyni vergi rejimini tətbiq etməyə və sözügedən ölkənin şirkətləri üçün əlverişli şərait yaratmağa hazırdır.
Qeyd olunub ki, vergi güzəşti ilə bağlı məsələlər kənd təsərrüfatı texnikası və texnologiyası istehsalına da aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB