2016-cı ildə 22,6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
2016-cı ilin 12 ayı ərzində Azərbaycan Respublikası elektroenergetika sistemində 22,6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Ötən ilin dekabrında isə elektrik enerjisi istehsalı 2,2 milyard kilovat-saat olub.
"Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davamlı şəkildə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB