SOCAR 1 ayda 6706 metr qazma işi həyata keçirilib

SOCAR 1 ayda 6706 metr qazma işi həyata keçirilib

2016-cı ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6706 metr qazma işi həyata keçirilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 100363 metr qazma işi görülmüşdür ki, bunun da 97693 metri istismara, 2670 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, noyabr ayı ərzində qazmadan alınıb 5, ilin əvvəlindən isə 57 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə