Bakıda regional tranzit ticarət üzrə texniki məsələlər müzakirə edilib
Bakıda regional tranzit ticarətinin inkişafı üzrə texniki məsələlər müzakirə edilib. SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, müzakirələr Dövlət Gömrük Komitəsində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə keçirilən görüş zamanı aparılıb.
Görüşdə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində regional tranzit ticarətinin inkişafı üzrə texniki məsələlər müzakirə edilib.
Müzakirə zamanı Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev Dövlət Gömrük Komitəsi tərəfindən son dövrlərdə həyata keçirilən layihələr barədə məlumat verib, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar hesabına gömrük işinin səmərəli təşkili sahəsində mühüm addımlar atıldığını vurğulayıb.
Nümayəndə heyəti Azərbaycan, Gürcüstan, Ukrayna , Moldova, Özbəkistan və İran arasında ilkin məlumat mübadiləsi, gömrük nəzarətinin nəticələri üzrə məlumat mübadiləsi və elektron sənədlərin tanınması barədə aparılan danışıqlar və razılaşmalar haqqında da məlumatlandırılıb.
Nümayəndə heyətinin üzvləri CAREC ölkələri üzrə tranzit dəhlizinin inkişaf etdirilməsi, ölkələr arasında məlumat mübadiləsinin təşkili və digər ölkələrdə həyata keçirilən layihələr barədə məlumat verərək, Azərbaycan gömrük orqanlarının Asiya İnkişaf Bankı arasındakı qarşılıqlı əlaqələrin inkişafının ümumi işə fayda verəcəyini bildiriblər.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB