"Strateji Yol Xəritəsi Azərbaycanı iqtisadi risklərdən qoruyacaq" EKSKLÜZİV

"Strateji Yol Xəritəsi Azərbaycanı iqtisadi risklərdən qoruyacaq" EKSKLÜZİV

"Strategiyasız yola çıxmaq mümkün deyil. Strategiya qarşıya qoyduğumuz hədəf və mayakdır. Biz bu mayaka hansı tədbirlər əsasında gedəcəyimizi müəyyənləşdirməliydik. Ölkə başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanı əsasənda biz gecəyəimiz yolu müəyyənləşdirmiş olduq". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Əliyev bildirib.

Onun sözlərinə ölkə başçısı bu addımın bünövrəsini hələ 6 ay bundan öncə - martın 16-da qoymuşdu: "Belə ki, Azərbaycan Prezidenti 6 ay müddətində xüsusi yaradılan işçi qrupuna strateji yol xəritəsinin hazırlanması və tərtib olunmasını tapşırmışdı. Göründüyü kimi, tapşırıq uğurla yerinə yetirilib və artıq milli iqtisadiyyatımızın istiqamətləri üzrə strateji yol xəritəsi təsdiq olundu. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib".

E. Əliyev qeyd edib ki, bu strategiya həm də Azərbaycanı gələcək risklərdən qorumağa xidmət edəcək: "Risklər hər zaman dəyişir. Dəyişkən dünyada yaşadığımıza görə qeyri-standart vəziyyətlərlə üzləşməli oluruq . Belə olan halda, qeyri-standart qərarların qəbuluna ehtiyac yaranır. Ümumilikdə bu strategiya Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına gətirə biləcək, milli potensialımızın və iqtisadiyyatımızın formalaşdıra biləcək sənəd və yol xəritəsidir. Bu sənədlə biz özümüzü kifayət qədər risklərdən qorumuş oluruq. Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə