"Mərkəzi Bank sərt pul siyasətini gələn il də davam etdirəcək" RƏSMİ

"Mərkəzi Bank sərt pul siyasətini gələn il də davam etdirəcək" RƏSMİ

"Mərkəzi Bankı 2017-ci ildə də sərt pul siyasətini davam etdirəcək. Üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır: " 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə faiz dərəcələri səviyyəsində baxılacaq. Ciddi fiskal və monetar intizam və onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə