SOCAR-AQŞ 29 nömrəli quyunun tikinti işlərini başa çatdırıb
SOCAR-AQŞ "Qərbi Abşeron" yatağındakı 20 nömrəli stasionar dəniz özülündən faktiki dərinliyi 786 metr olan 29 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla başa çatdırıb.
SİA-nın məlumatına görə, SOCAR-AQŞ növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, planlaşdırılan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB