"Azərbaycan-Meksika ticarət dövriyyəsi stabil xarakter daşıyır" Səfir
Azərbaycanla Meksika arasında ikitərəfli əlaqələr inkişaf edir. Bu il iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib, qarşılıqlı səfərlər olub. SİA-nın məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, xüsusilə idman, ticarət sahəsində də əlaqələr inkişaf edir: "Meksikanın statistikasına görə, ticarət dövriyyəsi 2014-cü ildə 2 milyon dollar olub. Azərbaycanın statistikasına görə, 2015-ci ildə ticarət dövriyyəsi 22 millyon dollara çatıb. Ticarət dövriyyəsi stabil xarakter daşıyır. Ötən il Meksikadan Azərbaycana şəkər idxal olunub, bu il isə digər məhsullların da idxalı həyata keçirilib. Məsələn, elektron məhsullar, içki və s. Bu ilin ilk 9 ayındakı göstəricilər ötən ilin nəticələrinə bərabərdir. Yəni ticarət dövriyyəsi stabildir və bu, yaxşı haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB