Bu gün Bakıda keçirilən beynəlxalq dəmiryolları biznes forumu çərçivəsində imzalanan sənədlər strateji əməkdaşlığın yeni, daha yüksək və işgüzar səviyyəyə qaldırılmasını nəzərdə tutur". SİA-nın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov jurnalistlərə deyib. O bildirib ki, "Ukrayna Dəmir Yolları" ASC Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir: "Ukrayna Dəmir Yolları" cənub istiqamətində - İrana tranzit yüklərin daşınması məqsədilə Avropadan gələn yüklərin Ukrayna sərhəd-keçid məntəqələrindən keçərək, Orta Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq şərtilə köməklik göstərməyi təklif edib". Qeyd edək ki, bu gün "Azərbaycan Dəmir Yolları" QSC ilə "Ukrayna Dəmir Yolları" ASC arasında imzalanan müqavilə Şimal-Cənub dəhlizinə yeni yüklərin cəlb olunması və qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB