Neft ucuzlaşır

Dünya birjalarında qara qızılın qiymətində ucuzlaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar azalaraq 47,58 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar azalaraq 48,52 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə