Bu ilin yanvar-oktyabr ayında hava nəqliyyatı ilə 1709,1 min və ya 7,6 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 24,4 faiz artaraq 126,9 min tona çatıb.
Ümumilikdə isə nəqliyyat sektoru ilə daşınan yüklərin 0,1 faizi hava nəqliyyatının payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB