Ramin Quluzadə vətəndaşlarla görüşüb

Ramin Quluzadə vətəndaşlarla görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Ağcabədi rayonunda vətəndaşlarla görüşüb. SİA-nın məlumatına görə, nazir Ramin Quluzadə və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əvvəlcə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra nazir Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə