Metallurgiya sənayesində 304,9 milyon manatlıq məhsul istehsal olunub
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-sentyabr aylarında 304,9 milyon manatlıq məhsul istehsal olunub. Metallurgiya sənayesi sahəsində 1,1 faiz azalma, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,5 faiz artım müşahidə edilib.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, bu dövrdə həmin sahə üzrə 41,6 min ton (42,1 faiz çox) polad borular, 249,5 min ton (23,6 faiz çox) polad tökmə, 2,0 min ton (3,3 dəfə çox) ayna çuqun istehsal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB