“BƏƏ Azərbaycanın qeyri-neft sektoruna 659 milyon dollar investisiya qoyub”

“BƏƏ Azərbaycanın qeyri-neft sektoruna 659 milyon dollar investisiya qoyub”

"Hazırda Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 223 şirkəti fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsi 2016-cı ilin üçüncü rübünün sonuna olan məlumata görə, 58 milyon dollar təşkil edib". SİA-nın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-BƏƏ biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BƏƏ-nin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna birbaşa investisiyalarının həcmi təxminən 659 milyon dollar təşkil edir. O. Məmmədov, həmçinin son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, xarici şirkətlərin, o cümlədən ərəb iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında və zonalarında əlverişli şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə