"DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstandan təklif gözləyirik" SOCAR-dan açıqlama
"SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstan hökumətinin təklifini gözləyir". SİA-nın xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
"Sentyabrın 30-dək Yunanıstan hökumətinin təklifini gözləyirik. Əgər tender proseduruna edilən dəyişikliklər qanuna zidd olarsa, bu, DESFA-nın özəlləşdirilməsini mənasız edəcək. Biz Yunanıstan hökumətindən açıqlama istəmişik, lakin açıqlama hələlik gəlməyib", - deyə, SOCAR prezidenti bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB