GoAir gələn ildən Azərbaycana uçuşlar təşkil edəcək

GoAir gələn ildən Azərbaycana uçuşlar təşkil edəcək

Hindistanın aşağı büdcəli GoAir şirkəti gələn ildən Azərbaycana uçuşlar həyata keçirməyi planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə "Businesstoday" saytı yazıb. Məlumatda deyilir ki, hava şirkəti Azərbaycan, Qazaxıstan, Özbəkistan, Vyetnam, Çin, İran, Səudiyyə Ərəbistanı daxil olmaqla 9 ölkəyə uçuşlar təşkil etməklə bağlı hökumətdən razılıq alıb.

GoAir şirkətinin baş icraçı direktoru Volfhanq Prok-Şauer martın sonundan uçuşlara başlanacağını istisna etməyib.

Onun sözlərinə görə, GoAir MDB ölkələrinə reyslər həyata keçirəcək ilk özəl Hindistan daşıyıcısı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə