Qazax rayonunda taxıl biçini uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 5132 hektar sahədə biçin işlərini yekunlaşdırıb.
Rayon icra hakimiyyətindən bildiriblər ki, zəmilərin 2891 hektarını buğda, 2241 hektarını isə arpa təşkil edib. Buğdanın hər hektarında orta məhsuldarlıq 27 sentner, arpada isə 23,5 sentnerdir.
Qeyd edək ki, qazaxlı fermerlər 7 min 820 hektar sahədə taxıl yetişdirib. Taxıl əkilən sahələrin 5559 hektarını buğda, 2261 hektarını isə arpa zəmiləri təşkil edir.

Ucar rayonunda isə taxıl biçini uğurla başa çatıb və zəmilərdən 29 min 249 ton məhsul götürülüb. Rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə 11 min 701 hektar ərazidə taxıl əkilib. Zəmilərin 6713 hektarını buğda, 4988 hektarı isə arpa təşkil edib. Taxıl istehsalı ötən ildəkindən 73 ton çox olub. Hər hektardan orta məhsuldarlıq isə 25 sentner təşkil edib.
Taxıl biçininə 40 kombayn cəlb edilib. Rayonun daha çox taxıl əkilən Qaziyan, Qazqumlaq, Alpout, Yuxarı Şilyan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılıb və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri daha yüksək məhsuldarlığa nail olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB