Yeni həftədə dünya bazarında neftin qiyməti bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar artaraq 46,85 dollar təşkil edib. Londonun ICE birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,62 dollar artaraq 48,45 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, keçirilən ən son hərraclarda AzəriLayt markalı neft 49.10 dollara satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB