İndiyədək 17 min 997 ipoteka krediti verilib

İndiyədək 17 min 997 ipoteka krediti verilib

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 997 ipoteka krediti verib. SIA-nın xəbərinə görə, AİF-dən verilən məlumatda bildirilir ki, fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 730 milyon 802 min 420 manatdan çoxdur. AİF ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin martından başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə