Azərbaycanda bu ilin yanvar-fevral aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 29,8 mln. manatlıq məhsul istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 31,7%, digər nəqliyyat vasitələrinin istehsalı 11% azalıb. Avtomobil və qoşquların istehsalı isə 19,6% artıb.
İki ay ərzində 45,5% az yük avtomobili, 5,1% az ştanqlı quyu nasosları istehsal olunub. Bununla yanaşı, hesabat dövründə 144 ədəd traktor, 54 ədəd qoşqular və yarımqoşqular istehsal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB