İqtisadçı: “Uçot dərəcəsinin artması kredit faizlərini artıracaq” MÜNASİBƏT
"Mərkəzi Bankın uçot dərəcəsinin qalxması ilə bağlı bir sıra nəzəri və praktiki fikirlər səsləndirilib. Qeyd edək ki, 2016-cı il ərzində Mərkəzi Bank faiz dərəcəsini əvvəlcə 5%-ə, sonra 7%-ə qaldırıb. Mərkəzi Bankın əsaslandırılması əsasən ölkədəki makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır". Bunu SİA-ya iqtisadçı-ekspert Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, son zamanlar mediada müşahidə olunan məqam odur ki, uçot dərəcəsinin artması kredit faizlərini artıracaq: "Bəli nəzəri baxımdan yanaşma səhv deyil, amma faktiki cəhətdən məntiqli deyil. Beynəlxalq paktika baxımından uçot dərəcəsi (discount rate) anlayışı veksellərin alınma prosesində vekselin uçotu zamanı qəbul edilən fazi dərəcəsidir. Azərbaycanda bu anlayış mövcud olmadığı üçün, uçot dərəcəsi ölkə üzrə kommersiya banklarına verilən kredit faizlərinin dərəcəsi kimi qiymətləndirilir. Mərkəzi bankın haqlı olaraq qeyd etdiyi makro-iqtisadi stabiliyin qorunması sırf buna xidmət edir. Çünki uçot dərəcəsinin artması sırf makroiqtisadi proseslərdə iştirak edir.
Məsələyə ilk növbədə nəzəri, daha sonra praktiki baxacağıq. Uçot dərəcəsinin artması ölkədəki inflyasiyanın nəzarətdən çıxması kimi amillərin qarşısını almaq üçündür. Ölkədə inflyasiya dərəcəsi artığı zaman tətbiq olunur və inflyasiya səviyyəsini aşağı salmağa ehtiyac duyulur. Hansı ki, biz yanvar ayında 2 rəqəmli inflyasiya qeydə aldıq. Sual oluna bilərki, uçot dərəcəsi necə təsir göstərir?! Biz burada praktiki məqamlara əsaslanaraq fikrimi deyəcəyəm. Uçot dərəcəsi Kommersiya banklarının aldığı mərkəzləşdirilmiş krediti azaldır, əhaliyə təklif edəcəyi pul təklifi azalır, kredit faizləri avtomatik artır (Amma bu Azərbaycana xas deyil, cavabı abzaslarda qeyd ediləcək) Belə olan halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və müəsisələr daha baha kredit alırlar. Belə olan halda kredit faizləri hər hansı məhsulun və xidmətin bahalaşmasına zəmin yaradır və bu da ümumi işgüzar mühitə mənfi təsir edir və bu da iqtisadiyyatda daralmaya gətirib çıxarır. Görünən məqam odur ki, Azərbaycan Höküməti iqtisadiyyatın darlaşması hesabına makroiqtisadi stabilliyi qorumaq və infliyasına darlaşdırmaq istəyirlər".
N.Hacızadə bildirib ki, zəiflədici monetar siyasətin bəzən tez tətbiq edilməsinə ehtiyac duyulur: "Azərbaycanda infliyasiyanın qalxmasının hökümətin apardığı heç bir səhv siyasətlə əlaqəsi yoxdur. Bu makroiqtisadi nəzəri məsələdir. Devalvasiya verilibsə, inflyasiya avtomatik qalxmalıdır. Artıq bir sıra maliyyə alətləri vasitəsilə qarşısı alınmalıdır. Bu arada bir balaca çərçivəyə çıxaraq qeyd edim ki, bazar iqtisadi şəraitində süniqiymət artımı olur. Heç kim deməsin, sahibkar istədiyi qiyməti qoya bilər. Dünya praktikasında kifayət qədər bu barədə arqumentlər var.
Uçot dərəcəsinin digər bir tərəfi manatın möhkəmlənməsinə xidmət etməsidir. Amma son zamanlar biz manatın dollar qarşısında zəiflədiinin şahidi oluruq və fikrimcə bu müvəqqəti prosesdir. Çünki nəzəri və praktiki baxımdan Mərkəzi Bank uçot dərəcəsinin artırılması manatın möhkəmlənməsinə xidmət etməlidir. Çünki biz yuxarıda qeyd etdik ki, uçot dərəcəsinin artırılması infliyasının azaldılmasına xidmət edir. Azalmaya xidmət edən infliyasiya şəraitində dolların 2 manata qalxması iqtisadi məntiqə əsaslanmır".
O əlavə edib ki, uçot dərəcəsi manatın möhkəmlətməklə ixracat üzrə ölkəyə daxil olan manatın səviyyəsini azaldır (1) və infliyasiyanı aşağı salır: "İki seçim qarşısında Azərbaycan höküməti infliyasiyanı aşağı salma siyasəti seçib, çünki əhalinin gəlirlərinin azaldığını yaxşı anlayır və budaha vacibdir.
Sonda uçot dərəcəsinin investisiyaya iki cür mənfi və müsbət təsirləri var. Uçot dərəcəsi manatın bahalaşmasına, başqa sözlə ölkədə bütün faiz dərəcələri qalxır və dolayı yolla investisiyalarının gəlirliyini artırır. Təbii ki, burada qiymətli kağızlar bazarının yüksək səviyyədə olması mütləqdir. Mənfi tendensiyaya yanaşma başqadır. Uçot dərəcəsinin Azərbaycanda kommersiya banklarının kredit faizlərinət təsir etməyəcək. Səbəb sadədir. Kommersiya banklarının təklif etdiyi kreditlərin faiz dərəcəsi uçot dərəcəsində 2-3 dəfəyədək çoxdur. Digər tərəfdən baxsaq kommersiya bankların maliyyə hesabatlarına əsasən kredit portfeli əsas olaraq depozit faizləri və xarici maliyyə institutlarında cəlb edilən yüksək faiz dərəcələrinə əsaslanır. Portfel tərkibində Mərkəzi bankın uçot dərəcəsinin nə qədər pay tutacağı dəqiq faizlə deyə bilməsəmdə, az olduğu məlumdur. Uçot dərəcəsinin qalxmasından sonra bu hissə bir qədərdə azalma ehtimalı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB