Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunvericilik dəyişdirildi
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub. SİA-nın xəbərin görə, əsas dəyişiklik yoxlayıcı orqanlarla bağlı olub. Belə ki, artıq yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınan və hər hansı səbəbdən aparılmayan yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidir.
İclasda həmçinin "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklər də müzakirə olunaraq təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB