Millət vəkili: "Problemli kreditlərlə bağlı məsələlər həll olunmalıdır"

Millət vəkili: "Problemli kreditlərlə bağlı məsələlər həll olunmalıdır"

Milli Məclisin iclası davam edir. SİA-nın xəbərinə görə, müzakirə zamanı çıxış edən deputat Əli Məsimli bildirib ki, ölkədə problemli kreditlərlə bağlı məsələlər həll olunmalıdır.

Onun sözlərinə görə, Ölkə Başçısının Fərmanı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla koordinasiyalı şəkildə fəaliyyət göstərməklə mövcud problemlərin aradan qaldırılmasına təkan verəcək: "Hər iki qurum maliyyə bazarında olan çatışmazlıqların istehsalat sahəsinə keçməsinə imkan verməməlidir. Problemli kreditlər həll etedilmədikdə bankların sağlamalaşdırılması çətin olacaq. Ona görə də, qısa müddət ərzində ciddi problemlərin aradan qaldırılması və sağlamlaşdırılması istiqamətdə addımlar atılmalıdır".

Daha sonra çıxış edən millət vəkili Vahid Əhmədov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşması tez zamanda başa çatmalı, sədr təyin edilməli, nizmanaməsi təsdiq edilməlidir ki, Mərkəzi Bank və palataya daxil olan funksiyalar dəqiq yerinə yetirilsin: "Bir neçə dəfə bank sistemi ilə bağlı islahatların vacib olduğunu bildirmişik. Problemli kreditlər, dollarla verilmiş kreditlərin taleyi ilə bağlı məsələlər tez zamanda həllini tapmalıdır. Bunu hökumət, Mərkəzi Bank, eləcə də yaradılan Palata həll edəcək. Danışıqlar müsbət həllini tapmalıdır. Biz bankların bağlanmağının tərəfdarı olmamışıq. Təəssüf ki, bir neçə bankın bağlandığını müşahidə etdik və bu da insanlar üçün problemlər yaratdı. Maliyyə bazarlarına nəzarət mexanizmi dəqiq işlənib hazırlanmalıdır və bununla bağlı qanun qəbul edilməsinə ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə